Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 06:05

Məğlubiyyətdən sonra 2 oyunçu klubdan kənarlaşdırıldı

-
«Makkabi»yə (Hayfa) 8:0 hesabıyla uduzan «Xəzər-Lənkəran» klubunun rəhbərliyi baş məşqçi John Toshack-la görüşüb.

Klubdan AzərTAc-a bildiriblər ki, bəzi oyunçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması və klubdaxili ab-havanı pozduqları müəyyən olunub.

Bunu əsas götürən «Xəzər-Lənkəran» klubu iki futbolçunu - braziliyalı müdafiəçi Éder Bonfim və ispaniyalı qapıçı Toni Doblas-ı əsas komandadan uzaqlaşdırıb.
XS
SM
MD
LG