Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:55

Qarabağ Seyid Ocaqları İlham Əliyevin namizədliyini dəstəkləyib


-
İyulun 23-də Ağcabədidə «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda regional konfrans başlayıb. Konfransı Qarabağ bölgəsindəki dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) keçirir.

DQİDK bildirir ki, məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin aparılması, dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınmasıdır.

Tədbirin sonunda Qarabağ Seyid Ocaqları İctimai Birliyinin sədri Seyid Camal Əzimbəyli Qarabağın seyid ocaqları adından ölkə ictimaiyyətinə müraciəti oxuyub. Müraciətdə qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyi birmənalı olaraq dəstəklənib.

«Əminik ki, təkcə seyid ocaqları deyil, ölkəmizin hər bir vətəndaş üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq, ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir».
XS
SM
MD
LG