Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 01:56

Bolqarıstanda polis parlamentin blokadasını yarıb


Bolqarıstanda etirazlar
-

Bolqarıstanda polis parlament binası qarşısından yüzlərlə etirazçını dağıdıb. Onlar parlamentin içərisində 100-dən çox deputatı, naziri və jurnalisti yeddi saat blokadada saxlayıb, hökumətin istefasını tələb edirdilər.

Çərşənbə günü səhər tezdən polis deputatları evakuasiya edib, etirazçıların qurduğu barrikadaları dağıtmağa başlayıb.

Etirazçılar «Mafiya!», «İstefa!» və «Qatillər!» şüarları səsləndirirdilər. Qarşıdurmada azı səkkiz etirazçı və iki polis xəsarət alıb.

Çərşənbə axşamı hökumət əleyhinə etirazların 40-cı günü tamam olub. Bolqarıstan Avropa Birliyinin ən yoxsul ölkəsidir. Etirazçılar mayda seçilmiş, sosialistlərin dəstəklədiyi hökumətdən narazıdır, korrupsiyanın kökünü kəsmək və yoxsulluqla mübarizə üçün islahatlar tələb edir.
XS
SM
MD
LG