Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:56

Edward Snowden tranzit zonadan çıxa bilər


Moskvanın Şeremetyovo aeroportu
Moskvanın Şeremetyovo aeroportu
-

Beynəlxalq medianın diqqəti yenidən Moskvanın Şeremetyovo aeroportuna yönəlib. ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden-in vəkili onun tranzit zonadan çıxıb, Rusiya paytaxtında yerləşməsinə imkan verəcək sənədlərin təqdim oluna biləcəyini deyib.

Vəkil Anatoly Kucherena bir həftə əvvəl Snowden-in Rusiyada müvəqqəti sığınacaq üçün müraciətinə yardım edib. Onun sözlərinə görə, çərşənbə günü ona gömrük xidmətindən keçməsinə icazə verən sənədlər verilə bilər. Vəkil Federal Miqrasiya Xidmətinin Snowden-in müraciətinə baxdığını da əlavə edib.

Snowden iyunun 23-dən aeroportdadır. Prezident Vladimir Putin tələb edib ki, Rusiyada qalmaq istəyirsə, o, ABŞ kəşfiyyat sirlərini yaymağa son qoymalıdır. Birləşmiş Ştatlar isə onu casusluq və oğurluq ittihamları ilə mühakiməsi üçün geri istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG