Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 13:38

Azərbaycanda daha bir gənc fəal həbs edilib


Foto arxiv
AXCP Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev həbs edilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

O ötən bazar günü qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə saxlanılıb, barəsində 2 aylıq həbs-qətimkan tətbiri seçilib. Məhkəmə həbs haqqında təqdimata vəkilin iştirakı olmadan baxıb, onun doğmalarına isə həbs haqqında qərardan sonra məlumat verilib.

AXCP Rahib Hacıyevin müdafiəsi üçün müstəqil vəkil tutmaq fikrindədir.

İlin əvvəlindən bu yana Azərbaycanda 20-dən çox gənc fəal həbs edilib.
XS
SM
MD
LG