Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Təhsil Nazirliyi birinci sinfə yeni qəbul qaydalarını açıqlayıb


-

Təhsil Nazirliyi iyulun 18-də xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı yeni qaydaları açıqlayıb.

Yeni qaydalara görə, uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması, zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır.

Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına da icazə verilir.

Həmin qaydalara əsasən, dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmayan, xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Nazirliyin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul ola bilərlər:

«Vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil ediləcək».

MÜSAHİBƏSİZ QƏBUL OLUNANLAR

İstedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilib və bununla bağlı təcrübəli mütəxəssislərdən ibarət komissiyaların yaradılması tapşırılıb. Komissiyaya rəhbərlik isə yerli təhsil şöbələrinin müdirlərinə həvalə olunur.

Yeni qaydalarda qeyd olunur ki, ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunacaqlar.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçiriləcək.

Yeni qaydalarda 15 bal toplaya bilməyən uşaqlarla bağlı hansı addımların atılacağı ilə bağlı bir söz deyilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG