Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

«ABŞ-ın marağı demokratik prosesdir, tərəf tutmaq yox»


Thomas Melia
Thomas Melia
-
ABŞ Helsinki Komissiyası Azərbaycanda insan haqlarını, seçkiqabağı durumu müzakirə edib.

Konqresdə keçirilən və “Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm” adlanan müzakirələr Helsinki Komissiyasından olan Paul Carterin insan haqları, seçkiqabağı vəziyyət haqda ümumi məlumatı ilə başlanıb. O, Azərbaycanda geriləmədən ABŞ-ın narahatlığını bildirib.

NOYABRDAN BƏRİ VƏZİYYƏT PİSLƏŞİB

Dövlət Katibinin İnsan haqları üzrə köməkçisinin müavini Thomas Melia isə ümumi vəziyyət haqda deyib: Azərbaycanda “siyasi müxalifətin fəaliyyət məkanı keçən ildən bəri daralıb”. “Təəsüf ki İnsan haqları, fundamental azadlıqlar sahəsində vəziyyət ən azı noyabardan bəri pisləşib”. O konkret faktlar da sadalayıb: “Azad Fikir Universiteti bağlanıb”, “Vəkillərə təzyiqlər artıb”.

Thomas Melia Azərbaycan hökuməti ilə görüşlərdə siyasi azadlıqlara çağırdığını bildirir. O, hökumətə konkret olaraq 4 addımı atmağı təklif edib: vəkillərə təzyiqləri araşdırmaq, Real hərəkatının lideri İlqar Məmmədovu azad etmək, vətəndaş cəmiyyəti ilə həqiqi dialoqa başlamaq, seçkilər üçün açıq mühit yaratmaq.


Thomas Melia
Thomas Melia
Azərbaycandakı proseslərə ABŞ hökumətinin qarışıb-qarışmaması haqda isə Melia birmənalı şəkildə bildirib: “ABŞ-ın marağı Azərbaycanda demokratik prosesdədir, tərəf tutmaqda yox”.

Prezident seçkilərinə keçən Melia deyib: “Qarşıdan gələn seçkilərdə azadlıqlar ən mühüm amildir: namizədlərin maneəsiz qeydə alınması, seçicilərin siyasi birlik azadlığı, azad media mühiti, yürüşlər üçün sərbəst toplaşma azadlığı.

Melia deyir ki, o, hökuməti azad, ədalətli seçkilər keçirməyə çağırır.

Müzakirələrdə daha sonra söz alan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov əvvəla ümid etdiyini bildirib ki, ABŞ qiymət verərkən obyektiv olacaq.

Səfir daha sonra müzakirələrin adı ilə razılaşmadığını bildirib. Onun fikrincə, Azərbaycanda “avtoritarizmin artması”ndan danışmaq düzgün deyil.

Elin Süleymanov: “Seçkilər məsələsini Azərbaycanın daxilində azərbaycanlıların özləri müəyyən etməlidir”. “Mediada plüralizm tonlarladır”, “internet azaddır”.

Dağlıq Qarabağ probleminə toxunan Azərbaycan səfiri ABŞ-ı
“Azərbaycanla Ermənistan arasında öz xüsusi vasitəçisini təyin etməyə çağırıb”.

SEÇKİ ƏDALƏTLİ OLMASA,,,

Müzakirələrdə daha sonra çıxış edən “El” hərəkatının lideri Eldar Namazov deyib: “dəyişikliyə ehtiyacın cəmiyyətdə əlamətləri var”.
“seçkilər ədalətli olmasa, ölkəyə xaos və qarşıdurma gələcək”.


Eldar Namazov
Eldar Namazov
Eldar Namazov ABŞ-ı “Azərbaycana Magnitsky aktı sayağı təzyiq” göstərməyə çağırıb.

Müxalifət lideri həmçinin müstəqil exit-polların vacibliyini vurğulayıb.

Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da öz çıxışının əvvəlində müzakirələrin adı ilə razılaşmadığını bildirib. Onun narazı salan “problemli tərəfdaş” ifadəsidir.

Səməd Seyidov daha sonra deyib: “hökumətin özü birləşmiş müxalifətə zəmin yaradıb. Çünki hökumət açıqdır və siyasi mədəniyyətin çoxşaxəli olmasına tərəfdardır. “
“Avtoritarizm artmır, sabitliyi pozan elementlər isə artır”
“Hökumət əlindən gələni edir”. “Hökumətin açıqlığına sübut bu gün burda müxalifətlə müzakirə aparmağımızdır”.

Seyidov seçkidən qabaq seçkinin nəticəsi haqda fikir yürütməkdən isə çəkinməyə çağırıb.

Çıxışlarda söz alan REAL hərəkatı Məclisinin sədri Erkin Qədirli deyib ki, Azərbaycan indi “respublika deyil”.

“Milli Demokratiya Fondunun Rusiya və Avrasiya proqramlarının direktoru Miriam Lanskoy Azad Fikir Universitetinin bağlanmasını, Azadlıq Radiosunun verilişlərinin yayımına maneələr törədilməsini xatırladıb.

İştirakçılar müzakirədə yaranan sualları da cavablandırıblar.

"İBRAHİMBƏYOV HƏLƏ DƏ RUSİYA VƏTƏNDAŞIDIR"

Melia deyib : “Seçki təkcə seçki günü demək deyil. Mən əminəm ki, Azərbaycan ədalətli seçki keçirə bilər”.

Eldar Namazov: “İbrahimbəyovun ölkəyə gəlişi ilə bağlı problemlər var. Qeydiyyatla bağlı işləyən vəkillər də çətinliklərlə üzləşir”.

Səməd Seyidov Azərbaycan konstitusiyasına istinad edib: “İbrahimbəyov Rusiya vətəndaşı olduğuna görə prezidentliyə namizədliyinə icazə verilmir”

Elin Süleymanov: “İbrahimbəyovun namizədliyini niyə müzakirə etməliyik? O hələ də Rusiya vətəndaşıdır”.

İnsan haqları haqda Səməd Seyidov deyib: “Bəziləri insan haqlarından hökuməti dəyişmək üçün vasitə kimi istifadə edir”

Rusiyanın və digər ölkələrin Azərbaycana nüfuzu haqda Melia deyib: “Böyük güclərin Azərbaycan nüfuzu şişirdilir. Gələcək hadisələri daxildəki vəziyyət müəyyən edir”.

Ancaq Seyidov deyib ki, İbrahimbəyov Moskvanın əlində vasitədir.

ÖZBƏKİSTAN YOLU

Namazov bildirib ki, “Azərbaycan hökuməti müxalifətin Milli Şurasını Rusiyanın Azərbaycan daxilində layihəsi kimi təqdim etməyə çalışır. Rusiya və İranla danışanda isə Qərbin layihəsi kimi təqdim edir”.

Miriam Lanskoy: “ Azərbaycan Özbəkistan yolu ilə gedir, Gürcüstan yolu ilə yox”.

Erkin Qədirli: “hökumət insanlarla Rusiya üslubunda danışır: hamı agentdir”.

Yekun olaraq Melia bildirib ki, Azərbaycan hazırda nələri edə bilərdi? – 1. siyasi fəaliyyəti sərbəstləşdirmək 2. İlqar Məmmədovu azad etmək 3. azad seçkilər.
XS
SM
MD
LG