Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:09

Avropa Birliyinin rəsmisi Catherine Ashton Qahirədədir


Catherine Ashton
Catherine Ashton
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton bu gün Qahirədə müvəqqəti hökumətin üzvləri ilə görüşür.

Bundan bir gün öncə müvəqqəti hökumətin andiçmə mərasimi keçirilib.
Hökumətə Azam al Beblavi başçılıq edir.Çevrilişə komandanlıq edən general Abdel Fattah al Sissi isə müdafiə naziri vəzifəsinə təyin edilib.

İyunun 3-də hərbçilər islamçı prezident Mohammad Morsini devirib.Morsi Müsəlman qardaşları hərəkatını təmsil edir. Hərbçilər onu səlahiyyətlərini aşmaqda və ölkə qanunlarını pozmaqda günahlandırır.

İslamçılar müvəqqəti hökuməti tanımadıqlarını bəyan ediblər.

Hazırda Mohammad Morsi naməlum yerdə nəzarət altında saxlanılır.
XS
SM
MD
LG