Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:45

Qahirədə baş verən toqquşmalarda7 adam ölüb


Qahirədə toqquşma
Qahirədə toqquşma
Dünən axşam Qahirədə polislə devrilmiş prezident Mohammad Morsinin tərəfdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, 260-dan çox adam xəsarət alıb.Bu barədə təhlükəsialik qüvvələri və yerlihəkimlər xəbər verir.

Toqquşmaya səbəb etirazçıların Nil çayı üzərindəki körpünü bağlaması olub. Polis kütləni dağıtmaq üçün üçüngözyaşardıcı qazdan istifadə edib.

ABŞ dünən Misirdəki hərbi hakimiyyəti siyasi həbslərdən çəkinməyə çağırıb. Dövlət katibinin müavini William Burns Qahirədə müvəqqəti prezident Adli Mansurla görüşüb.
O ölkəsinin Misirin demokratik inkişafında maraqlı olduğunu bildirib və qeyd edib ki, Vaşinqton Misirdəki daxili münaqişədə hər hansı bir partiya və ya siyasətçinin təfəini saxlamır.

İyulun 3-də baş vermiş hərbi çevrilişdən bu yana ölkədə 90-dan çox adam ölüb.Prokurorluq 14 islamçı liderin həbsinə və onların bank hesablarının dondurulmasına order verib.

Yeni seçkilərədək ölkəni müvəqqəti hökumət idarə edəcək.
XS
SM
MD
LG