Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Milli Şura gənclərin həbsini repressiyanın tərkib hissəsi sayır


Milli Şura Ülvi Həsənli, Məcid Məcidli və Kənan Qasımlının həbsini gənclərə qarşı aparılan repressiyanın tərkib hissəsi sayır. Bu barədə qurumun bu gün yaydığı bəyanatında bildirilir.

Bəyanatda “NİDA”çı gənclərin həbsi ilə başlayan bu repressiv siyasətin davam etdirilməsindən naraharlıq bildirilir.“Ölkənin seçki prosesinə hazırlaşdığı bir vaxtda baş verən hadisələr seçkinin antidemokratik ab-havada keçəcəyinə daha bir işarədir”.
Milli Şura gənclərin qondarma ittihamlarla həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, siyasi aktivliyin qarşısını almaq cəhdi kimi dəyərləndirir.

Milli Şura “siyasi motivlərlə həbsə atılanların” dərhal azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir.

Yada salaq ki, Ülvi Həsənli Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, “Azad Gənclik” təşkilatının İdarə Heyətinin üzvüdür.

Məcid Məcidli “Azad Gənclik”in İdarə Heyətinin üzvü, Kənan Qasımlı“NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvüdür.
XS
SM
MD
LG