Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:21

Vəkil Xalid Bağırov məhkəmə zalından çıxarıldı


İyulun 15-də Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Şirvan Apellyasiya Məhkəməsində şikayətinə baxılan zaman vəkil Xalid Bağırov zaldan çıxarılıb.

Xalid Bağırov «Media forum» saytına deyib ki, onu heç bir əsas olmadan məhkəmə prosesindən uzaqlaşdırıblar:

«Şikayəti iyulun 2-də Lənkəran Rayon Məhkəməsinə mən göndərmişəm. Mənim şikayətim əsasında proses keçirilir, amma məni zaldan uzaqlaşdırırlar. Mənə bildirdilər ki, Yadigar Sadıqov tutulan gün yanında vəkil Nemət Kərimli olub. Ona görə də məni vəkil kimi qəbul etmirlər. Bu, kobud qanun pozuntusudur».

Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi saxlayıb. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.
XS
SM
MD
LG