Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 21:20

Əli Əhmədov: Rüstəm İbrahimbəyov Azərbaycanı tanımır


Əli Əhmədov
Əli Əhmədov
-
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov iyulun 13-də Zaqatalada partiyanın rayon təşkilatının fəalları ilə görüşüb.
O, çıxışında deyib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkənin gələcəyini Prezident İlham Əliyevlə görürlər:
«Ölkə seçiciləri hesab edirlər ki, növbəti 5 ildə də Azərbaycanın inkişafının təmin edilməsi, daha yüksək səviyyəyə qaldırılması, insanların rifahının daha yaxşılaşdırılması bilavasitə İlham Əliyevin fəaliyyəti, qətiyyəti, iradəsi ilə mümkündür».
YAP sədrinin müavini «bəzi siyasi qruplar, qruplaşmalar və müxalifətçilərin öz seçki kampaniyalarını, adətən, yalan, böhtan və qarayaxma üzərində qurduğunu» vurğulayıb, deyib ki, «ötən 20 ildə xalqdan, seçicilərdən heç bir dəstək ala bilməyən bu qüvvələr indi də o yan-bu yana baxaraq Rüstəm İbrahimbəyovun timsalında özlərinə «vahid namizəd» tapıblar».

Əli Əhmədov deyib ki, Rüstəm İbrahimbəyov, azərbaycanlı olaraq bu seçkilərdə iştirak etmək hüququna malikdir:

«Lakin məsələ ondadır ki, bu şəxs uzun müddətdir Azərbaycanda yaşamır, ölkəmizi, demək olar, tanımır, Azərbaycan reallıqlarından tam xəbərsizdir. Digər tərəfdən o, Azərbaycan vətəndaşları, Azərbaycan seçiciləri ilə təmas qurmaqda da çətinlik çəkir, təbliğat kampaniyasını xarici ölkələrdə aparır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG