Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Akif Muradverdiyevin apelyasiya şikayətinə baxılıb


İyulun 11-də Bakı Apellyasiya Məhkəməsində Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin apelyasiya şikayətinə baxılıb.

Şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna Akif Muradverdiyevin vəkili Fuad Ağayev məlumat verib.

Bundan əvvəl müdafiə tərəfi Akif Muradverdiyevin girov qarşılığında azad olunması ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə vəsatəti təmin etmədiyindən, qərardan apellyasiya şikayəti verilmişdi.

Akif Muradverdiyevi iyunun 20-də xüsusi xidmət orqanlarının əməkdaşları Bakı hava limanında saxlayıb. Haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Çar Rusiyasına aid 40 ədəd qədim qızıl sikkəni Rusiyaya aparmaqda ittiham olunub. Haqqında CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Vəkil ittihamı əsassız adlandırır.

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında parlament seçkiləri ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə tutulmuşdu. Həmin vaxt eyni ittihamla iqtisadi inkişaf naziri Fərhad Əliyevlə səhiyyə naziri Əli İnsanov da həbs edilmişdi.

İqtisadi cinayətlərə yol verdiyinə görə 6 il həbsə məhkum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də cəzası şərti sayılmaqla azadlığa buraxılmışdı.
XS
SM
MD
LG