Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:22

Məşhur roman - Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatı görkəmli Amerika yazıçısı F. Scott Fitzgerald-ın "Möhtəşəm Qetsbi" romanını Azərbaycan dilində çap etdi.

«Möhtəşəm Qetsbi» romanı Amerika ədəbiyyatındakı «Caz Əsri» adlandırılan dövrün ən məşhur və tipik əsərlərindən sayılır.

Hadisələr XX yüzilliyin 20-ci illərində Lonq-Aylenddə və Nyu-Yorkda cərəyan edir.

Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra Amerika misilsiz iqtisadi çiçəklənmə dövrünü yaşayırdı.

Eyni zamanda, spirtli içkilərə qoyulmuş qadağa bir çox butlegerləri milyonçular cərgəsinə çıxarıb, mütəşəkkil cinayətkarlıq üçün geniş imkanlar açırdı.

Romanda varlılara və onların eyş-işrətinə dəbdəbəsinə öz heyranlığını gizlətməyən Fitscerald, həm də qeyri-məhdud materializmi, amerikan mənəviyyatını, o cümlədən insan təbiətinə xas olan laqeydlik və biganəliyi məzəmmətləyir.

Tərcümə: Nadir Qocabəyli.

Bu roman əsasında bir neçə dəfə film çəkilib. Leonardo di Kaprionun baş rolda çəkildiyi son "Möhtəşəm Getsbi" indiyəcən 300 milyon dollardan çox gəlir gətirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG