Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:47

Hilal Məmmədovun məhkəməsi təxirə salındı


İyulun 10-da Bakı Ağıq Cinayətlər Məhkəməsində keçirilən «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun məhkəməsi təxirə salınıb. Məhkəmə hal şahidlərini dindirməli idi. Hakim Azər Orucov bunun hazırda mümkünsüz olduğunu bildirib:

«İş üzrə üç nəfər hal şahidi olub. Onlardan biri Moskvadadır, ikincisi keçən il vəfat edib, biri isə prosesə gəlməyib. İclası növbəti həftənin ikinci gününədək təxirə salmalı oluruq».

Hakimin qərarından sonra vəkillər Nizami rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Kərimovun növbəti məhkəmə iclaslarına dəvət olunaraq dindirilməsi üçün vəsatət qaldırdılar. Vəsatət təmin olunmayıb.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. Dövlətə xəyanətdə, milli-irqi ayrı-seçkilikdə, narkotik maddə saxlamaqda təqsirləndirilir. Onun özü həbsini siyasi sifarişli sayır. İttihamlar sübuta yetirilsə, Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG