Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:22

Ekspert: Distant təhsil üçün kadr problemi var


-

Təhsil

Facebook-dan birbaşa şərh yaz

Azərbaycanda ali məktəblərə qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılması təklif edilir.
Qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunması gözlənir.
Azərbaycan distant təhsilə keçidə hazırdırmı?
Təhsil eksperti Nabatəli Qulamoğlu:
- Azərbaycanda distant təhsil alıb, diplom alan yoxdur hələ.
- Distant təhsil üçün Azərbaycanda baza yoxdur.
- Ucqar rayonlarda internetlə təmin olunmayıb. Ona görə də distant təhsilə hazırlıqsız keçmək mümkün deyil.
- Hökümət distant təhsilə keçid üçün maliyyə ayırmalıdır.
İnformasiya texnologiyaları mütəxəssisi Rəşad Əliyev:
- Distant təhsil deyəndə məsafədən təhsil nəzərdə tutulur.
- Distant təhsilin üstünlüklərindən ucuzluğu, işləmə imkanı, çatımlılığı qeyd etmək lazımdır.
- İstədiyin vaxtı intenet vasitəsiylə sənə lazım olan materialları əldə edib oxuya bilərsən.
- Universitet əyani və ya qiyabi təhsil verəndə ən azı auditoriya üçün pul xərcləməlidir. Distant təhsildə isə texniki imkanlar, alətlər çoxdur. Bu da cüzi bir xərc tələb edir.
- Bizdə distant təhsil üçün kadr problemi var.
Millət vəkili Musa Qasımlı:
- Qiyabi təhsilin həm təhsil alanlar üçün, həm təhsil verənlər üçün kifayət qədər faydası yoxdur. Bu baxımdan distant təhsil mütərəqqidir.
- Qiyabi təhsil alan tələbələr bu müddətdə öz ixtisası üzrə deyil, digər peşələrdə çalışırlar.
- Rayonlarda yaşayıb distans təhsilin imkanlarından istifadə edərək xaricdə təhsil alanlarımız var.
- Distant təhsilə keçid üçün texniki məsələlər, kadr problemi həll olunmalıdır.
XS
SM
MD
LG