Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Bashar al-Assad-ın qüvvələri Homs-a daxil olurlar




Suriyada president Bashar al-Assada tabe olan ordu hissələri müxalifətin nəzarətində olan Homs şəhərinin mərkəzinə doğru irəliləyiblər.

Həm müxalifət, həm də hökumət mənbələri şəhərdə müxalifətin nəzarətində olan Khaldiyeh qəsəbəsinin bombardman altında olduğunu bildirirlər.

Assada tabe olan qüvvələr 10 gündən bəri davam edən hərbi əməliyyatla Homsda ciddi uğurlar əldə ediblər.

Suriyada 2011-ci ilin martında başlayan rejim əleyhinə aksiyalara hökumətin silahlı müdaxiləsi ölkədə vətəndaş müharibəsinə səbəb olub. BMT son iki ildə bu ölkədə 90 000-dən çox adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG