Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:14

Tolstoyun 90 cildliyi pulsuz İnternetə qoyulur


"Nəhəng və piqmeylər" Tolstoy və digər yazıçıları müqayisə edən karikatura, 1903
-


Dahi rus yazıçısı Lev Tolstoyun 90 cildlik külliyyatı hazırda elektron formata köçürülür və tezliklə tolstoy.ru saytına yerləşdiriləcək.

"Весь Толстой в один клик" (Tolstoyun bütün yaradıcılığı bir düyməni basmaqla) adlanan layihəni yazıçının Yasnaya Polyanadakı malikanə-muzeyi reallaşdırır.

Kötücəsi Fekla Tolstaya deyib ki, Tolstoy öz əsərlərini mənfəət güdmədən yaymağı vəsiyyət edib. Və bu layihəni gerçəkləşdirməklə yazıçının nəslindən olanlar onun son istəyini yerinə yetirmiş olurlar.

İyunun 18-də ABBYY şirkətinin dəstəyilə icrasına başlanan layihə istənilən şəxsə Tolstoyun bütün əsərləri ilə tanış olmaq imkanı yaradacaq.

Mətnlərin elektron formata salınması ilə könüllülər məşğul olsa da, onların 3 etapda yoxlanması nəzərdə tutulub.

Tolstoyun nadir fotolarına burda bax

Günün bütün mövzuları

XS
SM
MD
LG