Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 14:22

Snowden Chapman-ın evlilik təklifini qəbul etdi



ABŞ kəşfiyyatının fərrarilikdə ittiham olunan keçmiş əməkdaşı Edward Snowden keçmiş Rusiya casusu Anna Chapman-ın evlilik təklifini qəbul edib.

2010-cu ildə ABŞ-dan qovulan Rusiya casusu Chapman dünən tweeter hesabında Snowden-ə müraciət edərək onunla evlənməyi təklif edib. Snowden isə bu gün özünün tweeter hesabında Chapmanla məmnuniyyətlə evlənə biləcəyini yazıb.

Prezident Vladimir Putinin sözçüsü Dmirty Peskov bildirib ki, Chapman-ın evlilik təklifində ciddi olub-olmaması ona məlum deyil.

Edward Snowden iki həftədən çoxdur Moskvanın şeremetova hava limanının tranzit bölməsindən çıxa bilmir. O, Hon-konqdan Ekvadora uçarkən ABŞ pasportunu ləğv edib, buna görə hava limanında qalıb. Moskva onu Vaşinqtona verməkdən imtina edir.
ABŞ-a verilməkdən can qurtarmağa çalışan keçmiş kəşfiyyatçı 20-ə yaxın ölkədən siyasi sığınacaq xahiş edib.

O, artıq ABŞ kəşfiyyatının Avropa Birliyinin ofislərini dinləməsi barədə britaniya mətbuatına məlumatlar ötürüb. Bu məlumatların yayılması beynəlxalq qalmaqala səbəb olub.
XS
SM
MD
LG