Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:24

Prokuror Navalny-ya 6 il azadlıqdan məhrumetmə cəzası tələb edir



Rusiya prezidenti Vladimir Putinin ən sərt tənqidçilərindən olan və anti-korrupsiya bloqları ilə tanınan müxalifət liderlərindən biri Aleksei Navalny azı 6 il azadlıqdan məhrum edilə bilər. İyulun 5-də keçirilən məhkəmə prosesində prokuror onun həm də 30 000 dollar miqdarında cərimələnməsini tələb edib.

İttihama görə Navalny 2009-cu ildə qubernator müavini kimi çalışarkən bir şirkətin vasitəsilə 510 000 dollarlıq mənimsəmədə iştirak edib. Amma bloqqer ittihamı rədd edir.
XS
SM
MD
LG