Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:36

H. Əliyev Mərkəzinin layihəsi Dünya Arxitekturası Festivalında iştirak edəcək


Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi

-
Oktyabrda Sinqapurda keçiriləcək Dünya Arxitekturası Festivalında Bakıda ucaldılan Heydər Əliyev Mərkəzinin layihəsi də iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin "BBC” kanalına istinadən yaydığı məlumata görə, festivalda 29 kateqoriya üzrə dünyanın 50 ölkəsindən 300-dən artıq layihə nümayiş olunacaq.
Dünya arxitekturasının şedevrləri arasında planetin ən məşhur arxitektorlarından Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzinin layihəsi də var.
Xəbərdə qeyd olunur ki, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən sayılır.
Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.
XS
SM
MD
LG