Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

Ordu siyasətçilərə 48 saat möhlət verdi



Misir ordusunun rəhbəri ölkədə üz-üzə dayanmış müxalifət və hökumət tərəfdarlarına aralarındakı fikir ayrılıqlarını çözmək üçün 48 saat möhlət verib. Dövlət televiziyası ilə yayılan ultimatumda müdafiə naziri Fattah al-Sisi bildirib ki, xalqın tələbləri icra edilməlidir, eyni zamanda etirazçılar da fikirlərini qayda-qanun çərçivəsində ifadə etməlidirlər.

Ultimatumda qeyd edilir ki, ordu siyasətə qarışmaq fikrində deyil, amma əgər qarşıdakı 48 saat ərzində siyasətçilər fikir ayrılıqlarını çözə bilməsələr silahlı qüvvələr ixtilafı həll etmək üçün öz vasitələrindən istifadə edəcək. Müdafiə nazirinin fikrincə, vaxt itkisi yalnız fikir ayrılıqlarını dərinləşdirir.

President Muhammad Morsini islam diktaturası yaratmaqda ittiham edən müxalifət ölkə boyu kütləvi etiraz aksiyaları keçirir. Bazar günü müxalifətlə hökumət qüvvələri arasında toqquşmalarda 16 nəfər həlak olub.

İyulun 1-də isə müxalifət fəalları paytaxt Qahirədə hakim partiyanın ofislərini dağıdıblar.
XS
SM
MD
LG