Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

Paytaxtda hakim partiyanın ofisini dağıtdılar



Misirin paytaxtı Qahirədə etiraz aksiyası keçirən müxalifət fəalları hakimiyyətdə olan Müsəlman Qardaşlığı təşkilatının baş ofisinə hücum ediblər. Onlar binanın pəncərələrini sındırıb, ofisin mebellərini talayıblar.

Dünən ölkə boyu keçirilən aksiyalarda hökumət qüvvələri ilə müxalifət fəalları arasında toqquşmalarda 16 nəfər həlak olub. Bazar günü keçirilən nümayişlər 2011-ci ilin fevralında president Hosni Mubarak-ın devrilməsi ilə nəticələnən kütləvi etirazlardan bu yana ən böyük aksiya hesab edilir.

Müxalifət prezident Muhammad Morsini ölkədə islam diktaturası yaratmaqda ittiham edirlər.
XS
SM
MD
LG