Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:05

J. Lopez Türkmən prezidentinə «Happy Birthday» oxudu - [Video]


J. Lopez Türkmən prezidentinə «Happy Birthday» oxudu
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

J. Lopez Türkmən prezidentinə «Happy Birthday» oxudu

-

Türkmənbaşı Saparmurad Niyazov öləndə bir çoxları ümid edirdilər ki, onun prezident kreslosuna oturan Qurbanqulu Berdımuhammedov ölkəni fərqli idarə edəcək. Ən azı daha türkmənbaşı dövründəki səviyyədə şəxsiyyətə pərəstiş olmayacaq.

Amma ötən həftənin sonu - iyunun 29-da Berdımuhammedov özünün heç yubiley də olmayan yaşını – 56 yaşını həddən artıq təntənə ilə qeyd edib.

Amerikalı pop-ulduz Jennifer Lopez şəxsən Türkmənistana gələrək rəhbərin şərəfinə düzənlənən konsertdə iştirak edib və ona “Ad günün mübarək” mahnısını oxuyub.

Bu həmin Lopezdi ki, şəxsi mərasimlərdəki ifaları 1 milyon dollardan aşağı etmir. O bundan qabaq əslən Azərbaycandan olan milyonçu Telman İsmayılovun da mərasimində oxumuşdu.

Elə Türkmənistana da 1 milyon dollara getdiyini yazır mətbuat Lopezin.

Lopez öz rəqqasları ilə birgə yollanıb Avazaya.

Avaza keçmiş prezident Niyazovun şərəfinə adlandırılmış Türkmənbaşı şəhərinə yaxın salınmış kurortdur.

2 milyard dollar başa gəlib.

Yəqin ad gününün orada keçirilməsində məqsəd həm də diqqəti yeni kurorta yönəltmək olub.

Çünki mediadakı məqalələrdən belə anlamaq olur ki, bir neçə ildir salınsa da, oradakı dəbdəbəli otellərin çoxu boşdur.

Lopezlə yanaşı Avazadakı mərasimdə Türkiyədən Mustafa Sandal, Rusiyadan Filip Kirkorov, Livandan Nancy Ajram da oxuyub.

İnsan haqlarının davamlı pozulduğu ölkəyə səfəri Lopez üçün indi başağrısına çevrilib. (davamı aşağıda)

Lopez Türkmənistanda
Lopez Türkmənistanda


Müğənninin reklam agentləri görəndə ki, ifa narazılıq yaradıb, xüsusən də insan haqları müdafiəçiləri çətin suallar səsləndirirlər, dərhal media üçün açıqlama yayıblar.

Açıqlamada deyilir ki, əgər Jennifer Türkmənistandakı insan haqlarının vəziyyətindən əvvəlcədən xəbərdar olsaydı, konsertdə iştirak etməzdi.

Amma açıqlamada o da qeyd edilir ki, mərasim siyasi xarakterli olmayıb. Lopezin türkmən prezidentinə müraciətlə dediyi "Ad gününüz mübarək, cənab prezident!" sözləri isə, açıqlamaya görə, ifa ilə bağlı kontraktda əksini tapmayıbmış, sadəcə şounun sponsorunun son anda müğənnidən etdiyi xahiş olub.

Şounun sponsoru isə Çinin böyük enerji şirkətidir: Türkmənistandakı qaz yataqlarında maraqları olan Çin Milli Neft Şirkəti.

Human Rights Watch təşkilatı Türkmənistanı dünyanın ən repressiv rejimləri siyahısına salıb.

Ulduzların insan haqları ilə bağlı vəziyyətin tənqid etdiyi ölkələrdə, bölgələrdə çıxış etməsi nadir hal deyil.

Bundan əvvəl Hollivud ulduzu Jean-Claude Van Damme, britaniyalı skripkaçı Vanessa-Mae və britaniyalı müğənni Seal 2011-ci ildə çeçen lideri Kadırovun 35 illik yubileyinə qatılmışdılar.

Həmin mərasimə qatılmış Oskar mükafatlı aktrisa Hillary Swank isə buna görə sonradan üzr istəmişdi.

2012-ci ildə isə beynəlxalq hüquq müdafiə təşkilatları pop-ulduzları Shakira və Rihanna-ya müraciət etmişdilər ki, Bakıda 17 yaşlı futbolçu qızların dünya çempionatında oxumasınlar. Ölkədə müstəqil medianın sıxışdırılmasını, toplaşmaq azadlığının boğulmasını səbəb kimi göstərmişdilər.

Amma həmin müğənnilər Bakıya gəlmiş və ifalarını etmişdilər.​

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG