Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:40

Böyük Britaniyanın Baş naziri Əfqanıstandadır


-
Böyük Britaniyanın Baş naziri David Cameron iyunun 29-da gözlənilmədən Əfqanıstana gedib.

Baş nazir Hilmənd vilayətində 8 minə yaxın Britaniya kontingentinin yerləşdiyi hərbi şəhərcikdə olub.

Vilayətinin qubernatoru ilə görüşdən sonra Cameron Əfqanıstanın paytaxtı Kabilə yollanıb.

Bu ərəfədə Böyük Britaniyanın müdafiə naziri Britaniya qarnizonunda saxlanan 10 əfqan hərbi əsirin Hilmənd vilayətinin rəhbərliyinə təhvil verildiyini bəyan edib.

Böyük Britaniya bu ilin sonuna qədər öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır.
XS
SM
MD
LG