Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:29

Misirin din xadimləri ölkədə vətəndaş müharibəsi barədə xəbərdarlıq edirlər



Misirin dini liderləri ölkədə siyasi qarşıdurmanın vətəndaş müharibəsinə aparıb çıxara biləcəyi barədə xəbərdarlıq edirlər.

Cümə günü Al-Azhar institunun din xadimləri vətəndaş müharibəsinə yol açmamaq üçün hər kəsi ayıq-sayıq olmağa çağırıb.

Prezident Muhammad Morsini ölkədə islam diktaturası yaratmaqda ittiham edən müxalifət bu həftə sonu geniş miqyaslı kütləvi etiraz aksiyaları keçirəcəyini bildirib. Həmin aksiyayanı qabaqlayan prezidentin tərəfdarları isə iyunun 28-də paytaxt Qahirədə dövlət başçısına dəstək aksiyası keçiriblər.

Son günlər president Morsinin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalarda bir neçə nəfər həlak olub.

Misirdən gələn xəbərlərə görə ötən gecə də Morsinin mənsub olduğu Müsəlman Qardaşlığı hərəkatının bir neçə fəalı güllələnərək öldürülüb.

Cümə günü Aleksandriya şəhərində müxalifət tərəfdarları ilə islamçılar arasında qarşıdurmada onlarla adam yaralanıb.

Tərəflər zorakılığa görə bir-birini ittiham edirlər.
XS
SM
MD
LG