Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

Korrupsiya ittihamı ilə işdən çıxarılan Ombudsmanın vəziyyəti ağırlaşıb


Tursunbek Akun
Tursunbek Akun

Qırğızıstanın ombudsmanı Tursunbek Akun iyunun 27-də korrupsiya ittihamları ilə vəzifədən azad ediləndən az sonra səhhəti pisləşib. Həkimlər bildirirlər ki, parlamentin bu qərarından dərhal sonra xəstəxanaya yerləşdirilən keçmiş ombudsman hələ də huşsuz vəziyyətdədir.

Parlament komissiyasının qərarına görə keçmiş ombudsman bu ilin aprelində kriminal avtoritet Aziz Batukayevin qanunsuz olaraq vaxtından əvvəl həbsxanadan buraxılmasında ombudsman da iştirak edib.

Komissiya həmçinin ombusdman paratının xərclərində maliyyə pozuntuları aşkar etdiyini bildirib.

Tursunbek Akun Qırğızıstanda ən qocaman insan haqları fəallarından biridir. Onun ombudsman vəzifəsinə namizədliyini 2008-ci ildə o zamankı prezident Kurmanbek Bakiyev irəli sürmüşdü. Ombudsman olmazdan əvvəl isə o, Prezident yanında İnsan Haqları komissiyasının rəhbəri olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG