Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

Naxçıvanda Kolorado böcəyinə qarşı mübarizə…


Kolorado böcəyi
Kolorado böcəyi

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 20.06.2013

Kartofçuluğun inkişafı diqqət mərkəzindədir

Muxtar respublikada kartofçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. Artıq kartofçuluq respublikada gəlirli sahələrdən birinə çevrilib. Muxtar respublikanın münbit torpaqlarında keyfiyyətli məhsul istehsal edilir. Keyfiyyətli və bol məhsulun əsas şərtlərindən biri isə məhsulun zərərvericilərinə qarşı mübarizə tədbirlərinin aparılmasıdır. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara dərman preparatları pulsuz olaraq paylanılır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantin şöbəsinin və Bitki Mühafizə Stansiyasının mütəxəssisləri Culfa rayonunun Ərəzin kəndində olmuş, sahibkarlarla görüş keçirmiş, kartof əkilmiş sahələrə baxmışlar. Kartofun əsas zərərvericisi olan Kolorado böcəyinə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə 160 hektar sahəyə nəzərdə tutulan 40 litr dərman preparatı, preparatın hazırlanması və tətbiqi qaydası haqqında hazırlanan bukletlər sahibkarlara paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Növbəti əmək yarmarkası

Babək rayonunda keçirilən əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev çıxış edərək muxtar respublikada əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikanın bütün bölgələrində, eləcə də Babək rayonunda hər il keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən tədbirlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.

Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyev çıxışında rayonda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb.

İşaxtaran vətəndaş Hidayət Əliyev ixtisasına uyğun müvafiq iş tapmasında əməyi olanlara minnətdarlığını bildirib.

Sonra yarmarka iştirakçıları onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. 19 müəssisədən 105 boş iş yerinin işaxtaran vətəndaşlara təqdim edildiyi yarmarkada 30 nəfərə işə göndəriş verilib.
XS
SM
MD
LG