Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:07

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 95 il keçir


İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 95 il keçir.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası ilk dəfə olaraq 1918-ci il iyunun 26-da Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib. Beləliklə, Azərbaycanda ilk əlahiddə korpus yaradılıb.

Müstəqillik əldə edildikdən sonra 1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib. Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən isə 26 iyun – Silahlı Qüvvələr Günü elan edilib.

Rəsmi məlumata görə, hazırda Azərbaycanın dünyanın 50-ə yaxın ölkəsi ilə hərbi sahədə əlaqələri mövcuddur.

HƏRBİ PARAD

Bu günlə bağlı Azadlıq meydanında keçiriləcək hərbi parada 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot çıxarılacaq.

Müdafiə Nazirliyi bildirib ki, müasir silahların nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Azərbaycanın müstəqilliyi dövründə ilk hərbi parad sabiq prezidentƏbülfəz Elçibəyin hakimiyyəti dövründə 1992-ci il oktyabrın 9-da keçirilib.
XS
SM
MD
LG