Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:28

Bayraqları bayraq yapan... Facebook - [Video]


-

Bayraq

Facebook-dan birbaşa şərh yaz

Azərbaycanın Facebook məkanında ən çox rast gələn simvolika Azərbaycan bayrağıdır.

Burada ən şiddətli müzakirələr də Azərbaycan bayrağı ilə baş verən insidentlərdən sonra qızışır.

Bu səbəbdən sosial şəbəkədə sonuncu dəfə qaynayan ehtiraslara m usiqiçi Camal Əlinin öz Facebook səhifəsində Azərbaycan bayrağına etdiyi müdaxilədən sonra rast gəlirik.

Simvolzim və fikir azadlığı toqquşmasından doğan müzakirələri AzadlıqFM-də davam etdirirk.
Almaniyada yaşayan Camal Əli Azadlıq FM-də suallara cavab verir, sosial media fəalları mövzunu müzakirə edir.
Pərviz Əzimov:

- Camal Əlinin bayrağa qarşı etdiyini ifadə azadlığı kimi də tanımaq olar... Kimsə hesab edir ki, Camal Əli bayrağı təhqir edib.
- Mən bayrağın təhqir olunmasını istəmirəm. Amma Camal Əli bunu ifadə azadlığı kimi təqdim etsəydi cəmiyyətə bunu müdafiə etmək olardı...
- Camal Əlinin bayraq məsələsi ətrafında gedən müzakirə məni narahat edir. Mən hər iki tərəfdə nifrətin olduğunu hiss etdim...


Camal Əli:

- Mən xüsusi bir gündəm yaratmaq istəmirdim. Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürülmüşdü. Mən özüm bu məsələyə belə münasibət qoydum...
- Bayraq adından istifadə edib, yüzlərlə işlər görürlər. Mənsə bayrağa nəsə edəndə etirazla qarşılaşdım...
- İnsanların mənə qarşı münasibəti məni dəyişdirmir...
- Tabuların olması məni narahat edir. Müqəddəs və mütləq olan heç bir şey yoxdur. Hər şey müzakirəyə, tənqidə açıq olmalıdır...
- Mən vətəndaş kimi çox narahat oldum. Əvvəlcə İlham Əliyevin atası prezident oldu, sonra özü, indi də deyirlər həyat yoldaşı prezident olsun... Demək olar ki, bayraqdan əsər- əlamət qalmayıb.

Əfsələddin Ağalarov:

- Camal Əlinin yaratdığı bayraq Ermənistanda da yayıldı.
- Camal Əli Facebook-da insanları təhqir etdi, insanlar da onu...
- Mən Camal Əlini müzakirə etmək istəmir'm. O? müzakirəyə layiq adam deyil...
XS
SM
MD
LG