Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 03:41

Türkiyədə həbslər davam edir


Foto arxiv
Türkiyənin paytaxtı Ankarada 20-ə yaxın adamın həbs edildiyi xəbər verilir. Yerli kütləvi informasiya vasitələri həbslərin mayın sonundan davam edən etirazlarla bağlı olduğunu yazırlar.

Məlumatlara görə reydlər 30 ünvanda keçirilib. Saxlananların adı çəkilməyən ekstremist qrupun üzvləri olduğu güman edilir.

Mayın 31-də İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiyalar az sonra baş nazir Racep Tayyip Erdogana qarşı yönəldi və ölkənin digər şəhərlərinə yayıldı.

Bu aksiyalar zamanı polislə bağ verən toqquşmalarda azı 4 nəfərin öldüyü yüzlərlə adamın yaralandığı və saxlandığı bildirilir.
XS
SM
MD
LG