Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 00:18

30 əlil Latviyaya bərpa-müalicəsinə göndərilib


30 nəfər əlil Azərbaycan vətəndaşı ilk dəfə olaraq Latviyanın Yurmala şəhərində yerləşən «Vaivari» sanatoriyasına 20 günlük bərpa-müalicəsinə göndərilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məlumat yayıb.

Əlillər müalicəyə «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı» çərçivəsində göndərilib.

Məlumatda qeyd olunur ki, əlilliyi olan şəxslər bundan öncə Ukrayna və Bolqarıstanda da bərpa-müalicə kursu keçiblər.
XS
SM
MD
LG