Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Xəzərdə iki nəfər batıb


Onlardan biri Xəzər dənizinin Səbail, digəri isə Sabunçu rayonu ərazisində batıb. Fövqəladə Hallar Nazirliyinin iyunun 25-də yaydığı məlumata görə, hər iki şəxs dənizin nəzarət olunmayan hissəsində çimərkən batıb.

Səbail rayonu ərazisində, xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə batan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.

Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində boğulan şəxsin isə 17 yaşlı Fəqan Şirinov olduğu müəyyən edilib.

Hər iki şəxsin meyiti aidiyyatı üzrə təhvil verilib.
XS
SM
MD
LG