Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:20

Yevlax-Zaqatala-Gürcüstan magistralında hərəkət məhdudlaşıb


Güclü külək və leysan yağışlar Azərbaycanın şimal-qərb bölgəsində ciddi fəsadlar törədib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə bölgədə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Zaqatala və Balakəndə ağacları və elektrik dirəklərini külək aşırıb. Nəticədə hər iki rayona elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa, güclü külək Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala Hava Limanı ərazisindən keçən hissəsində iri gövdəli ağacları aşırıb. Nəticədə aşan ağaclar yolu bağlayıb və magistralda nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırda magistral yol aşan ağaclardan təmizlənir.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov APA-ya bildirib ki, güclü külək və leysan yağışları rayonda kənd təsərrüfatına da ciddi ziyan vurub:

«Həmçinin çaylarda suyun səviyyəsi qalxıb. Hazırda yerlərdə araşdırma aparırıq və fəsadların aradan qaldırılması istiqamətində iş gedir».
XS
SM
MD
LG