Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:25

B.Ivanishvili oktyabr ayında siyasətdən gedə bilər


Bidzina Ivanishvili
Bidzina Ivanishvili
-

Gürcüstanın baş naziri Bidzina Ivanishvili bir daha vurğulayıb ki, bu ilin oktyabr ayında keçiriləcək prezident seçkisindən sonra postunu tərk edə bilər.

Ivanishvili bazar günü jurnalistlərə bildirib ki, əgər istefasının ölkə üçün mənfi nəticələri olarsa onda postundan getməyəcək.

Ötən ilin oktyabrın 12-də «Gürcü arzusu» koalisiyası parlament seçkilərində qalib gələndən sonra Ivanishvili demişdi ki, o, siyasətdə 2-3 il müddətinə qalmaq fikrindədir.

Bir ay sonra isə, «hər şey yaxşı gedərsə», 2014-cü ilin yazında siyasətdən gedəcəyini açıqlamışdı.

İyunun 21-də Estoniyanın «Postimees» qəzetinə verdiyi müsahibəsində B. Ivanishvili bildirib ki, oktyabr ayında prezident Mikheil Saakashvili postunu tərk edən kimi o da dərhal istefa verəcək.

Ötən ay «Gürcü arzusu» koalisiyası təhsil naziri Giorgi Margvelashvili-nin prezidentliyə namizədliyini irəli sürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG