Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Anar Məlikovun istintaqı yekunlaşıb


İlahiyyatçı Taleh Bağırovla birgə həbs olunan Anar Məlikovun istintaqı yekunlaşıb. Məlumatı «Media forum»a vəkil Bəxtiyar Hacıyev verib.

Vəkil deyib ki, iş Sabunçu Rayon Məhkəməsinə göndəriləcək:

«Anara Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah gəzdirmə) və 228.4 (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrə görə ona beş il həbs verilə bilər. Biz məhkəmədə 228.1 maddəsi ilə irəli sürülən ittihamın götürülməsi barədə vəsatət qaldıracağıq. Çünki ekspertiza Anarın maşınından çıxan tapançada onun əl izlərini aşkarlamayıb».

Anar Məlikov martın 31-də həbs olunub. Rəsmi məlumata görə, üstündən «Makarov» tipli tapança, 4 patron və 1 bıçaq çıxıb.
XS
SM
MD
LG