Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:50

Əli Əhmədov: «YAP-ın yerli strukturları səfərbər edilib»


Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları qarşıdan gələn prezident seçkiləri ilə bağlı səfərbər edilib.

APA-nın məlumatına görə, bu barədə YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov bildirib.

Ə. Əhmədov qeyd edib ki, seçki ilə bağlı mesajların müəyyənləşdirilməsi, seçki proqramı və əsas hədəflərlə bağlı mesajların seçicilərə çatdırılması ilə bağlı işlər gedir:

«Güman edirəm ki, YAP-ın apardığı geniş miqyaslı hazırlıq işləri bütövlükdə seçki kampaniyasının uğurla aparılmasını təmin edə biləcək. Partiya namizədini müəyyənləşdirib və yeganə namizədi İlham Əliyev ilə seçkilərə gedəcək. Bu, eyni zamanda xalqın tələbədir, buna görə YAP özünün böyük resursları ilə seçkiyə gedir».
XS
SM
MD
LG