Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Messinin xanımı futbolu sevmir


 Lionel Messi
Lionel Messi
"Barselona" və Argentina millisinin futbolçusu Lionel Messi televizordan futbolla bağlı heç nə izləmədiyini deyib.

Qol.Az-ın məlumatına görə, hücumçu "Corriere della Serra"ya açıqlamasında bunun həyat yoldaşı Antonellanın futbolu sevməməsi ilə bağlı olduğunu deyib. "Evə gəlirəm, ona neçə qol vurduğumu deyirəm, o isə məni heç eşitmir!".

Yeni arzulara gəldikdə isə Messi dalbadal beşinci dəfə "Qızıl top" almaq və Argentina millisi ilə Dünya kubokunu qazanmaq istədiyini deyib. O bildirib ki, bu kuboku qazana bilməməsi onu çox təəssüfləndirir.
XS
SM
MD
LG