Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:24

Paris məhkəməsi Depardieu-ni 6 aylığa sürücülük hüququndan məhrum etdi


Paris məhkəməsi məşhur fransız aktyoru Gerard Depardieu-ni 5 min avro cəriməyə məhkum edib. Məhkəmə onu 6 aylığa sürücülük hüququndan da məhrum erdib. Aktyor sərxoş halda moped sürdüyünə görə cəzalanıb.

Depardieu məhkəmədə olmayıb. O Rusiyada film çəkir.

64 yaşlı Depardieu noyabrda öz skuterindən (mopedindən) yıxılanda onu alkohol testindən keçirmişdilər və sərxoş halda moped sürdüyünə görə onu polis həbs etmişdi.
XS
SM
MD
LG