Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:11

İntiqam Əliyev: «Hüquq müdafiəçiləri hökumətin vəkilləri qismində çıxış etməməlidir»


İntiqam Əliyev
İntiqam Əliyev
-
«Hüquq müdafiəçiləri hökumətin vəkilləri qismində çıxış etməməlidir».

Hüquq müdafiəçisi İntiqam Əliyev bu sözləri Avropa Birliyi və Norveç XİN-in maliyyə dəstəyi ilə həyata keçirilən «Azərbaycanda hüquq müdafiəçilərinə dəstək» adlı layihənin yekunu ilə bağlı keçirilən mətbuat konfransında səsləndirib. O, vaxtilə Azərbaycan cəmiyyətində böyük işlər görmüş hüquq-müdafiəçilərinin, eləcə də bir sıra beynəlxalq təşkilatların son zamanlar hakimiyyətin vəkili rolunda çıxış etdiyinə təəssüfləndiyini dilə gətirib və hüquq müdafiəçilərini ələ almaq üçün hökumətin külli miqdarda vəsait xərclədiyinə diqqət çəkib:

«Hökumət külli miqdarda pul xərcləyərək bəzi xarici təşkilatları da ələ alıb. Hüquq müdafiəçiləri bu prosesə dəstək verməli deyillər. Bu dəstəklə biz hakimiyyətin repressiyalarına, gənclərin həbsinə, seçki saxtakarlıqlarına, polis idarələrində baş verən işgəncə faktlarına dəstək vermiş oluruq. Digər tərəfdən də həbslər, basqılar, təzyiqlər cinayət işləri də bir qorxu yaradır».

İntiqam Əliyev sayca az olsa da, «repressiyalara qarşı duran qüvvələr, vətəndaş cəmiyyətləri və hüquq müdafiəçiləri» olduğunu da qeyd edərək, bu prosesə gənclərin də qoşulmasına böyük ehtiyac duyulduğunu vurğulayıb.

«İNSANLARIN HÜQUQLARINI MÜDAFİƏ ETMƏYƏ VAXTIMIZ AZ QALIR»

İnsan Hüquqları Evi Fondunun müvəkkili Şəhla İsmayıl layihəni həyata keçirdikləri dövrdə üzləşdikləri əngəllərə də toxunub:

«Xeyli maneələr oldu, layihəni əlverişsiz şəraitdə həyata keçirdik. Ən əsas maneə də İnsan Haqları Evi Fondunun Azərbaycandakı nümayəndəliyinin 2011-ci ildən bəri bağlanmasıdır. Bu, bizi bir çox imkanlardan məhrum edir. Azərbaycanda əvvəllər tədbirlərin regionlarda keçirilməsi ilə bağlı məkan problemləri vardısa, həmin problem artıq Bakıda da yaşanmaqdadır. Layihə müddətində bu cür problemlərlə çox üzləşdik. Başımızı texniki işlərə qarışdırırlar, insanların hüquqlarını müdafiə etməyə vaxtımız az qalır».

«Azərbaycanda hüquq müdafiəçilərinə dəstək» layihəsi ilyarım davam edib. Layihəni 9 təşkilat gerçəkləşdirib. Əsas icraçı – İnsan Hüquqları Evi Fondu ilə yanaşı, Azərbaycanın 7 təşkilatı və Polşanın Helsinki Fondu layihənin gerçəkləşdirilməsinə qatılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG