Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 14:14

Pakistan ABŞ-la Taliban arasında vasitəçilik etdiyini deyir


Talibanın Dohadakı ofisi
Pakistan hökuməti Talibanla ABŞ arasında əlaqə yaradılmasına kömək etməsi barədə məlumatı təsdiqləyib.Bunu Pakistan xarici işlər nazirliyinin sözçüsü Aizaz Ahmed Chaudhry bu gün bəyan edib.

Qeyd edək ki, çərşənbə axşamı Qətərin paytaxtı Dohada Talibanın ilk rəsmi ofisi açılıb və yaxın vaxtlarda ABŞ-la Taliban nümayəndələrinin görüşü gözlənilir.

Amma Əfqanıstan prezidenti Hamid Karzai bildirib ki, əgər danışıqlar onun yaratdığı Ali sülh şurası ilə aparılmasa heç bir dialoqa qatılmayacaq.

Talibanın nümayəndəsi Mohammad Naim isə AzadlıqRadiosuna müsahibəsində Karzai hökuməti ilə danışıqların mümkünlüyünü istisna etməyib və qeyd edib ki, yeni hökumətdə bütün tərəflər təmsil olunmalıdır.Talibaqn bundan əvvəl Karzai hökumətini tanımaqdan imtina edirdi.

Taliban həmçinin əsirlikdə olan ABŞ əsgərlərini Quantanama həbsxanasında saxlanan 5 yüksək səlahiyyətli nümayəndəsinə dəyişməyə hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG