Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:41

Rusiya ABŞ-ın hesabatını tənqid edib


Rusiyanın xarici işlər nazirliyi insan alveri ilə bağlı ABŞ Dövlət Departamentinin illik hesabatını tənqid edib.

Nazirliyin saytında Moskvanın buna adekvat cavab verəcəyi bildirilir.Nazirlik Rusiyanın hesabatda pis ölkələr siyahısına salınmasını ona təzyiq vasitəsi hesab edir.

ABŞ Dövlət Departamentinin illik hesabatında Rusiya Çin, Zimbabve, Şimali Koreya , İran və bir sıra bu cür ölkələrlə bir sırada yer alıb. Rusiya hesab edir ki, ABŞ bu ilin sentyabrından bu ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər.

Hesabatda qeyd edilir ki, Rusiya insan alveri qurbanlarını müdafiə edə bilmir.
XS
SM
MD
LG