Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

«Xəzər» film layihəsi müsabiqəsi elan edildi


Xəzər dənizi
Xəzər dənizi
-
Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası «Xəzər» film layihəsi müsabiqəsini elan edib.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası və ölkəyə dəvət olunacaq bir sıra müstəqil film prodüserlərinin əməkdaşlıq layihəsidir.

Müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusunda tammetrajlı film layihələrini təqdim edə bilərlər.

Layihələrin qəbulu avqustun 15-dək davam edəcək.

Xəzər dənizi mövzusunda tammetrajlı bədii film layihəsinin büdcəsi 250 000 manatdan çox olmamalıdır.

Xəbərdə bildirilir ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan, ingilis və rus dillərində caspian@azerbaijanfilm.az email ünvanına göndərə bilərlər.
XS
SM
MD
LG