Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:58

Bazar günü nəhəng Ay peyda olacaq


Foto arxiv
Foto arxiv
Bazar günü Yer kürəsində qeyri-adi kosmik hadisə baş verəcək.Modern.az saytının verdiyi məlumata görə, iyunun 23-də insanlar nəhəng Ayı görə biləcəklər.

Azərbaycanda bu hadisə təxminən saat 15:00 radələrində müşahidə ediləcək.

Həmin gün Ay öz orbiti üzrə Yerə ən yaxın nöqtəyə çatacaq. Ay Yer kürəsinə yaxınlaşaraq 356 min 991 kilometr məsafədə olacaq.

Hər il təkrar olunan bu hadisə növbəti dəfə 2014-cü ilin avqustunda baş verəcək.

İki həftədən sonra, iyulun 7-də Ay Yerdən 406 min 490 kilometr uzaqlaşacaq.

Bəzi fərziyələrə görə, “Super Ay” adlandırılan bu kosmik hadisə sunami, qasırğa, zəlzələ və s. kimi böyük miqyaslı təbii fəlakətlərə səbəb ola bilər. Lakin NASA bu və ya digər fərziyələri təkzib edir.
XS
SM
MD
LG