Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:33

Britaniya parlamenti aşağı palatasının sədr müavini həbs edilib


Britaniya parlamenti aşağı palatasının sədr müavini Nigel Evans həbs edilib. O qeyri-etik hərəkətlərdə ittiham olunur.Amma o ittihamı rədd edir.55 yaşlı Evans bu gün polis idarəsində sorğu-sual zamanı həbs edilib.

O zorlama və iki gənci cinsi əlaqəyə təhrik etmə ittihamı ilə bu ilin mayında da saxlanmışdı. Amma bir qədər sonra girov müqabilində zaminə buraxıldı. İndi ona qarşı yeni ittiham irəli sürülüb.

O 2010-cu ildə cinsi azlıq olduğunu bəyan edib və həmin gündən bu yana cinsi azlıqların hüquqlarının fəal müdafiəsinə başlayıb.

1992-ci ildən deputatdır.
XS
SM
MD
LG