Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:37

Böyük 8-lər Suriya məsələsində razılaşıb


Böyük 8-lərin sammiti
Böyük 8-lərin sammiti
Böyük 8-lər ölkələrinin Şimali İrlandiyada keçirilən sammitində Suriya məsələsindəki fikir ayrılıqlarının aradan qaldırılması və ümumi mövqe gəlinməsində razılıq əldə olunub.

Sammitin ykununda qəbul edilən sənəddə münaqişənin siyasi danışıqlar yolu ilə həll edilməsi, Suriya rejiminin kimyəvi silah işlətməsinin mümkünlüyü ilə bağlı istintaq aparılması və Suriya xalqına 1 milyard yarım dollar yardım ayrılması nəzərdə tutulur.

Sənəddə həmçinin girovları azad etmək üçün terrorçulara haqq verilməsindən imtina etmək nəzərdə tutulur və qeyd edilir ki, yaraqlılar son 2 ildə bu yolla 70 milyon dollar alıblar.

Bundan başqa vergidən yayınma hallarına qarşı bir sıra tədbirlər qəbul edilib.
XS
SM
MD
LG