Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:10

Fransa məhkəməsi Toğrul Nərimanbəyovun dəfni ilə bağlı qərar verdi


Toğrul Nərimanbəyov
-

Fransa məhkəməsi tanınmış Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə qərar çıxarıb.

Xəbəri AzadlıqRadiosuna Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov rəssamın qızı Əsmər Nərimanbəyovaya istinadən verib.

Ə. Nərimanbəyova məhkəmənin qərarı ilə razılaşmadığını və apelyasiya şikayəti verəcəyini söyləyib.

O, atasının yandırılaraq külünün Paris məzarlıqlarının birində dəfn olunacağını da bildirib. Bu, rəssamın ikinci həyat yoldaşı Sevinc Nərimanbəyovanın qərarına əsasən gerçəkləşdiriləcək.

Toğrul Nərimanbəyov iyunun 2-də illərdir yaşadığı Parisdə vəfat edib.

Həyat yoldaşının rəssamı Parisdə, qızının isə Bakıda torpağa tapşırmaq istəyi sonda məhkəmə ilə nəticələnmişdi.

Nəhayət, Paris məhkəməsi iyunun 18-də qərarını açıqlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG