Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:16

Kreml Putinin çempionlar üzyünü "oğurlamağını" inkar edir


New England Patriots amerika futbolu klubunun sahibi Robert Kraft deyib ki, 2005-ci ildə çempionlara verilən üzüyü Rusiya prezidenti Putinə göstərəndə o, üzüyü götürüb, cibinə qoyub, yanındakı 3 KGB agenti onu dövrəyə alıb və Putin çıxıb gedib.

Çempion olan komandaya hər il 70 belə üzük verilir.
Brilyant qaşlarla bəzədilmiş üzüyün qiyməti 25 min dollardır.

Kraftın dediklərini New York Post qəzeti yazıb.

Rusiya prezidentinin sözçüsü Peskov isə deyib ki, Kraft açıq-aydın bildirmişdi ki, üzüyü Putinə hədiyyə kimi verir.
XS
SM
MD
LG