Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 00:30

Erdoganın tərəfdarları mitinqə hazırlaşır

Foto arxiv
Foto arxiv
Türkiyənin baş naziri Recep Tayyip Erdoganın tərəfdarları bu gün İstanbulda aksiya keçirməyi planlaşdırır.

Polis bundan əvvəl şəhərin Gəzi parkında hökumət əleyhinə aksiyanı dağıdarkən yenidən gözyaşardıcı qaz və sudan istifadə edib. Təşkilatçılar yüzlərlə adamın yaralandığını xəbər verirlər.İstanbul valisi isə 44 nəfərin yaralandığını deyir.

Mayın 31-dəTaksim meydanında ağacların kəsilməsinə etiraz olaraq başlanan aksiya az sonra baş nazir Ərdogana qarşı yönəldi və aksiyalar ölkənin digər şəhərlərinə yayıldı.Bu aksiyalar zamanı polislə baş verən toqquşmalarda indiyədək azı 4 adam ölüb.

Şəhər rəhbərliyi dünən bəyan edib ki, parkda tikinti işi aparılıb-aparılmamasını məhkəmə həll edəcək. Hakimiyyət bundan əvvəl məsələ ilə bağlı İstanbulda referendum keçirilməsini də təklif edib.
This item is part of
XS
SM
MD
LG