Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:09

Misir Suriya ilə diplomatik münasibətləri tam kəsib


Muhammad Morsi
Muhammad Morsi
Misir Suriya ilə bütün diplomatik əlaqələri kəsib. Bunu ölkə prezidenti Muhammad Morsi bəyan edib.O Qahirədəki Suriya səfirliyinin bağlandığını, eyni zamanda Dəməşqdəki dimlomatik nümayəndələrinin geri çağrıldığını bildirib.

Morsi həmçinin Suriya rejiminə qarşı mübarizə aparan üsyançılara kömək üçün beynəlxal aləmi Suriya üzərində uçuşsuz zona yaratmağa çağırıb. O eyni zamanda radikal şiə qrupu Hizbullahı Suriyadan çıxmağa çağırıb.

Morsi Suriya xalqının regional və beynəlxalq dövlətlər tərəfindən dəstəklənən kütləvi qırğın və planlaşdırılmış etnik təmizləmə kampaniyası ilə üzləşdiyini bildirib.
XS
SM
MD
LG